USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrov: Qərb Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəmək qərarı verib

10.02.2023 Siyasət
1 16
Qərb Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəmək qərarı verib.

Kommersant.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, dünyanı idarə etməyə çalışanlar Napoleon və Hitlerin Rusiyanı məhv etmək cəhdləri ilə bağlı acınacaqlı təcrübəsindən öyrənmək qərarına gəliblər.

“Bütün beynəlxalq gündəmə, həm dünya iqtisadi münasibətlərinə, həm də bütün beynəlxalq siyasətə nəzarət etməyə çalışanlar Rusiyanı strateji məğlubiyyətə uğratmaq, Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəməyə qərar veriblər. Onlar açıq şəkildə məqsədlərinin Rusiyanı məhv etmək olduğunu bəyan ediblər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.