ABŞ Konqresi Ukraynaya yardımın davam etdirilməsi üçün lazımi razılığın mövcudluğunu elan edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkal bildirib ki, Ukraynaya yardımı davam etdirmək üçün Konqresdə lazımi çoxluğun olduğuna əmindir.
Qeyd edək ki, o, "CBS" telekanalına müsahibəsində bu ölkəyə hərbi və maliyyə yardımının dayandırılması ilə bağlı 11 respublikaçı konqresmenin təqdim etdiyi qətnamə layihəsini şərh edib.