Türkiyənin Milliyyətçi Lideri Baxçalı soyğunçuları vətəndaşlıqdan məhrum etməyə və deportasiya etməyə çağırıb.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı zəlzələ bölgəsində talançıların vətəndaşlıqdan məhrum edilməsini və ya qaçqın olduqları təqdirdə deportasiya edilməsini istəyib.
Baxçalının sözlərində deyilir: "Talan və soyğunçuluqla məşğul olan (zəlzələ bölgəsində - red.) həyasızların vətəndaşlıqdan məhrum edilməsinə ehtiyac var. Əgər onlar qaçqındırlarsa, o zaman ölkələrinə deportasiya etməliyik".