USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İran açıq düşmənçilik siyasəti aparır" - Deputat

06.04.2023 Siyasət
22 18
“İran Azərbaycanın ikinci müstəqillik tarixindən bu günə qədər ölkəmizdə "5-ci kalon" yaratmağa çalışıb və buna nail olub. Bu gün onun Azərbaycanda yüz midən çox agenti var”.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının jurnalistlərə açıqlamasında səsləndirdiyi “İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir" fikirlərini şərh edərkən bildirib.

Razi Nurullayevin sözlərinə görə, İran ikinci dəfə Azərbaycanın müstəqil dövlət olmasını istəməyib, ölkəmizin azadlığını gözü götürməyib:

"İran düşünür ki, Azərbaycan güclü dövlət olacaq və bundan sonra ola bilsin ki, Cənubi Azərbaycanda olan soydaşlarımız da müstəqil Azərbaycanla fəxr edəcək, müstəqil Azərbaycanın yanında dayanacaq, hətta vahid Azərbaycan dövlətinin yaradılması üçün də İranda da siyasi fəaliyyətə başlayacaq".

Deputat bildirb ki, bu zaman-zaman da baş verib:

"Hər zaman da Azərbaycanın orada müstəqil dövlət yaratmaq cəhdini qəddarlıqla yatıra bilib, insanları terrora məruz qoyaraq öldürüb. İran bunun üçün də müstəqil Azərbaycanın güclü dövlət olmasını istəmir. Müxtəlif bəhanələrlə Azərbaycanı susdurmağa çalışır”.

Millət vəkili bildirib ki, İranı qıcıqlandıran məsələrdən biri də Azərbaycan-İsrail dostluğudur:

“Onun sionist adlandırdığı İsrail dövləti Azərbaycanın dostudur. İrandan fərqli olaraq Azərbaycana qardaşlıq edib. Azərbaycan və İsrailin dostluğunun möhkəmliyi İranın həm də regionla bağlı planlarının üzərindən xətt çəkməkdədir".

Razi Nurullayev qeyd edib ki, İran ağalıq iddiasında, imperiya düşüncəsindədir, eyni zamanda İslam dünyasında da özünü söz sahibi sayır:

"Amma məlumdur ki, İran İslam dünyasında heç də söz sahibi deyil, ola da bilməz. Çünki İran İslam dinini siyasi alətə çevirərək terror mübarizəsinə qalxıb. Azərbaycan səfirliyini terror məruz qoydu, Milli Məclisin deputatını paytaxtımızda gülləbaran etdirdi. Bütün bunlara nəzərən demək olar ki, İran açıq düşmənçilik siyasəti aparmaqdadır. Azərbaycanı zəiflətmək, hədə, şantaj altında saxlamaq niyyətindədir. Bunun üçün də özünün maskalanmaq komandası verdiyi əlaltıları vasitəsi ilə Azərbaycanda siyasi stabilliyi pozmaq, dövlət quruluşunu dəyişmək, burada dini, şəriətə əsaslanan dövlət qurmağa çalışır. Və "Kərimə" dövləti ideyası da burdan yaranıb. İnşallah, Azərbaycan xalqı, cəmiyyəti, o cümlədən bizim gizli xidmət orqanları onların öhdəsindən gəlib və gələcək. Onların burada olan bütün uzantıları, agentlərinin hamısı ifşa olub, layiqli cavablarını alacaq. Çünki onlar yaşadığı torpağa, vətənə xəyanət ediblər. Xəyanətin isə heç bağışlanmaq kimi tərəfi yoxdur”.