USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildən rədd cavabı

07.04.2023 Siyasət
15 6
İsrail Misirlə əlaqədən sonra Qəzza zolağına zərbələri dayandırmaqdan imtina edib.

Əl-Ərəbiyyə telekanalı mənbələrə istinadən xəbər verir ki, İsrail Misir təhlükəsizlik xidmətləri ilə təmaslardan sonra Qəzza zolağına hava zərbələri endirməkdə davam edir və hazırkı hərbi əməliyyatları dayandırmaqdan imtina edir.

Bu məlumatlara görə, Misir təhlükəsizlik rəsmiləri Qəzzaya hava hücumları başlayandan bəri İsraillə əlaqə saxlayır. Mənbələr qeyd edir ki, Misir İsraildən mülki əhaliyə və yaşayış binalarına zərbə endirməməyi tələb edir.