USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Türkiyəni çatışmazlıqları aradan qaldırmağa çağırır

16.05.2023 Siyasət
16 4
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell 14 May seçkiləri ilə bağlı açıqlamalar verib. “Biz Türkiyə hakimiyyətini aşkar edilmiş çatışmazlıqları düzəltməyə çağırırıq”, - deyə Borrell bildirib.

Kommersant.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici əlaqələrdən məsul ən yüksək vəzifəli şəxsi Josep Borrell bütün dünyanın yaxından izlədiyi seçkilərlə bağlı açıqlama verib.

Borrell Türkiyədə seçki prosesində Türkiyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) aşkar etdiyi çatışmazlıqların aradan qaldırılmasına çağırıb. "Biz ATƏT-in Beynəlxalq Seçki Müşahidə Missiyası və Avropa Şurasının ilkin nəticələrini nəzərə alırıq. Türkiyə hakimiyyətini aşkar edilmiş çatışmazlıqları aradan qaldırmağa çağırırıq", - deyə Borrell bəyanatında bildirib.

Borrell, "Aİ bərabər şəraitdə şəffaf, əhatəli və etibarlı seçkilərin keçirilməsinə böyük əhəmiyyət verir" deyib.