Cümhur İttifaqına dəstəyini açıqlayan Sinan Oğan “Twitter” sosial şəbəkəsində minlərlə izləyicisini itirir.
Kommersant.az xəbər verir ki, “Twitter”da 2 milyon 100 mindən çox izləyicisi olan Sinan Oğan Rəcəp Tayyib Ərdoğana dəstək olduğunu bildirdikdən sonra sözügedən şəbəkədə on minlərlə izləyicisini itirir. Hazırda Oğanın “Twitter” hesabında 2 milyon 70 min izləyici qalıb.