USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tailandın Baş naziri Azərbaycan liderini təbrik etdi

25.05.2023 Siyasət
31 2
Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Kommersant.az-ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".