Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib. Putinin fikrincə, bu münasibətlər bərabərlik və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
Kommersant.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin Rusiyada da “ləyaqətlə” keçirildiyini xatırladıb.
"Siz bizim bu siyasi xadimə - Sovet İttifaqına, müstəqil Azərbaycana münasibətimizi bilirsiniz. O, görkəmli siyasi xadimdir, ölkələrimizin tarixində birləşdirici şəxsiyyətdir", - deyə Rusiya lideri görüntüləri yayımlanan görüşdə deyib.