Türkiyə prezident seçkilərinin ilk turunda namizədliyini irəli sürən və 5.22 faiz səs toplayan Sinan Oğan ikinci tura keçə bilmədiyinə görə Rəcəb Tayyib Ərdoğanı dəstəkləmişdi.
Kommersant.az xəbər verir ki, seçiciləri tərəfindən şiddətlə qınanan Sinan Oğan ikinci turda dəstəklədiyi Ərdoğana səs toplaya bilməyib. Belə ki, S.Oğanın şəhərəi hesab olunan Iğdır 66.6 faizlik səslə Kemal Kılıçdaroğlunu seçib.