Bu gün səhər saatlarına qədər Antalyada seçiciləri Rəcəb Tayyib Ərdoğana səs verməyə dəvət edən Mövlüd Çavuşoğlu və Sinan Oğanın cəhdləri boşa çıxıb.
Kommersant.az xəbər verir ki, Antalyadan birbaşa Ankaraya səs verməyə gələn Sinan Oğan səhər saatlarında bildirmişdi ki, iki gün ərzində Antalyada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə Rəcəb Tayyib Ərdoğana səs toplamaq üçün mitinlər ediblər.
Bunlara baxmayaraq Antalyada 92.95 faizlik açılan seçki sandığından 56.85 faizlik səs Kemal Kılıçdaroğluna sayılıb.