USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran mediası: MAQATE ilə mübahisəli iki məsələ həll olundu

30.05.2023 Siyasət
38 10
İran mediası Beynəlxalq Atom Enerjisi Agentliyi ilə mübahisəli olan iki məsələnin həll olunduğunu açıqlayıb.

Bildirilib ki, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında fikir ayrılığına səbəb olan iki məsələ həll olunub.

İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin açıqlanmayan mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, İran Atom Enerjisi Agentliyi ilə MAQATE arasında aparılan son texniki danışıqlar nəticəsində iki məsələ həll edilib və bağlanıb.

İran MAQATE-yə məlumat verilmədiyi üçün mübahisə predmeti olan Abade obyekti və MAQATE tərəfindən Fordoda aşkar edilən 83,7 faiz zənginləşdirilmiş uranla bağlı iki məsələ həll olunub. Belə ki, İranla MAQATE arasında fikir ayrılığına səbəb olan bu iki məsələnin bağlandığı bildirilib.

İsrailin baş naziri Benyamin Netanyahu 2019-cu ildə İranın Abade şəhəri yaxınlığında gizli nüvə obyektinin mövcudluğunu aşkar etdiklərini iddia edib. MAQATE də iddianı araşdırmaq üçün İranı bu məsələdə əməkdaşlığa çağırıb.