USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycana səfər etməkdən şərəf duyuram" - İsrail Prezidenti

30.05.2023 Siyasət
25 4
“Azərbaycana səfər etməkdən böyük şərəf duyuram. Biz buraya açıq ürəklə, ölkələrimiz arasında dostluq münasibəti ilə gəlmişik”.

Kommersant.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

"Sizin qeyd etdiyiniz bir çox sahələr üzrə müzakirə olunacaq hələ çox şey var. Məncə, bu, bir çox səviyyələrdə xalqlarımıza mesajdır.
Birincisi, hesab edirəm ki, bu, yəhudilər və müsəlmanların birlikdə çox şey edə biləcəklərinə dair mesajdır. Əgər onlar sülhə, açıq dialoqa doğru birlikdə irəliləsələr, birlikdə dünyaya xeyir gətirə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz bütün regiona sülh, firavanlıq və inkişaf istiqamətində təsir göstəririk. Buna görə sizə minnətdarlığımı bildirirəm”, - İsrail Prezidenti bildirib.