USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Stoltenberq İsveçin NATO üzvlüyü üçün Ərdoğanla görüşəcək

01.06.2023 Siyasət
20 8
NATO-nun baş katibi Stoltenberq prezident Ərdoğanla İsveçin NATO üzvlüyü məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya gələcəyini açıqlayıb.

Kommersant.az xəbər verir ki, Stoltenberq Norveçin paytaxtı Osloda keçirilən xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb. İsveçin NATO-ya üzvlüyü ilə bağlı suala Stoltenberq həftənin əvvəlində prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını ifadə edərək, "Yaxın zamanda Ankaraya gedəcəyəm. Hələ dəqiq vaxt müəyyənləşməyib" deyib.