USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Blinken: ABŞ rusların düşməni deyil

02.06.2023 Siyasət
28 14
Bunu cümə günü ABŞ dövlət katibi Entoni Blinken Helsinki meriyasında çıxışı zamanı Rusiya Federasiyası vətəndaşlarına müraciət edərkən bildirib.

Amerikalı siyasətçi əmin edib ki, Vaşinqton 30 ildir ki, Moskva ilə sabit münasibətləri qorumağa çalışır, çünki “azad və çiçəklənən Rusiya” bütün dünyanın maraqlarına cavab verir.

“Birləşmiş Ştatlar sizin düşməniniz deyil, Soyuq Müharibə dinc yolla başa çatdıqdan sonra biz ümid edirdik ki, Rusiya Federasiyasının parlaq gələcəyi var, azad və bütün dünya ilə inteqrasiyaya açıqdır. Biz Moskva ilə sabit münasibətlər üzərində işləyirik, çünki azad və firavan Rusiyanın bütün dünyanın maraqlarına uyğun olduğuna inanırdıq”, - deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ heç vaxt Rusiya hökumətini devirməyi qarşısına məqsəd qoymayıb.