USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan Zelenski ilə Kaxovka SES haqqında danışıb

07.06.2023 Siyasət
10 2
Bu yaxınlarda keçirilən seçkilərdə ikinci müddətə seçilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Zelenski arasında telefon danışığı olub.

Kommersant.az xəbər verir ki, Türkiyə liderinin ofisinin məlumatına görə, iyunun 6-na keçən gecə dağıdılan Kaxovskaya SES ətrafında vəziyyət müzakirə edilib.

Söhbət zamanı Ərdoğan Kaxovskaya Su Elektrik Stansiyasının bəndində baş verənləri araşdırmaq üçün beynəlxalq komissiya yaradılmasını təklif edib. Prezidentin sözlərinə görə, onun tərkibinə BMT, Rusiya, Ukrayna və beynəlxalq ictimaiyyət, o cümlədən Türkiyə təmsilçiləri daxil ola bilər.