USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İmamoğludan gözlənilən - AÇIQLAMA

12.06.2023 Siyasət
14 5
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu özü ilə bağlı müzakirələrə aydınlıq gətirib.

Kommersant.az xəbər verir ki, o, Cümhuriyyət Xalq Partiyasının sədrliyinə namizəd olub - olmayacağını açıqlayıb.

Bələdiyyə rəhbərinin sözlərinə görə, o, dəyişikliklərin olmasını müsbət qiymətləndirir və bunu ölkə üçün vacib bilir:

"Əslində namizəd olduğum tək bir şey ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişikliyin olmasıdır. Ona görə də mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır. Çünki daimi demokratiya nizamı mövcud olmalıdır. Siyasətdə, xüsusilə də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu istiqamətin Türkiyə üçün yaxşı nəticə verəcəyinə əminəm".