USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Ukraynaya 72 milyard avro yardım etməyi planlaşdırır

16.06.2023 Siyasət
14 9
Politico internet saytının xəbərinə görə, Avropa Birliyi Ukraynaya 2024-27-ci illər arasında hər il 18 milyard avro olmaqla 72 milyard avroluq yardım paketi hazırlayır.

Kommersant.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukraynaya 2024-2027-ci illər üçün 72 milyard avroluq maliyyə yardımı paketi hazırlayır.

Politico saytında yer alan xəbərə görə, AB Komissiyası Ukraynaya yeni yardım paketi hazırlamağa başlayıb.

Paket çərçivəsində 2024-2027-ci illərdə Ukraynaya hər il 18 milyard avro veriləcək.

Aİ-nin uzunmüddətli büdcəsi çərçivəsində yaradılacaq xüsusi mexanizm vasitəsilə yardım; qrant və kreditlərdən ibarət olacaq. Bu dəstəklə Ukraynanın büdcə xərclərini balanslaşdırmaq və ölkənin yenidən qurulmasına töhfə vermək hədəflənəcək.

Paket antikorrupsiya və struktur islahatları kimi müxtəlif sahələrdə şərtləri əhatə edəcək.

Ukraynanın iqtisadiyyatı keçən il müharibə səbəbindən təxminən 30 faiz kiçildi.

Dünya Bankı hesab edir ki, Ukraynanın yenidən qurulması 411 milyard dollara başa gələ bilər.

Aİ daha əvvəl 2023-cü ildə Ukraynaya 18 milyard avro maliyyə yardımı ayırmağa qərar vermişdi.