USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meloni İlon Maskla süni intellekt mövzusunda görüşüb

16.06.2023 Digər
2 12
İtaliyanın baş naziri Giorgia Meloni amerikalı iş adamı İlon Maskla süni intellektin imkanları və risklərini müzakirə edib.

Kommersant.az xəbər verir ki, Meloni Romadakı baş nazirlik sarayı Çigidə keçirilən görüşlə bağlı Twitter hesabında paylaşım edib.

Baş nazir Meloni vəzifəsində İlon Maskı qəbul etməkdən məmnun olduğunu ifadə edərək, "Çox məhsuldar bir görüş oldu. Süni intellektin imkanları və riskləri, Avropadakı bazar tənzimləmələri və doğum nisbətləri kimi bəzi mühüm mövzuları müzakirə etdik” deyib.

Melonidən əvvəl Mask baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani ilə də görüşüb.