USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə Nazirliyi bizə açıqlama verməlidir - Qənirə Paşayeva

23.06.2023 Siyasət
22 10
Səhiyyə Nazirliyi bizə açıqlama verməlidir ki, son vaxtlar ölkədə dərman vasitələrinin qiymətlərinin yuxarı olmasının səbəbi nədir?

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva bildirib.

“Digər ölkələrlə, xüsusilə qardaş Türkiyə ilə müqayisədə qiymətlər niyə bahadır? Bununla bağlı nazirlik hər hansı araşdırma aparıbmı? Bu qədər insan xaricdən dərman vasitələri gətirirdi. Bunları araşdırmaq lazımdır”, - deputat deyib. (modern.az)