USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-dən Türkiyəyə mesaj

04.07.2023 Siyasət
28 6
Avropa İttifaqının Genişlənmə Komissiyasının üzvü Varhelyi Türkiyə ilə yeni dövrdəki əlaqələrə dair mesajlar verib.

Avropa İttifaqının (Aİ) Genişlənmə Komissiyasının üzvü Oliver Varhelyi bəyan edib ki, Aİ yeni dövrdə Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək və miqrasiyanı dəstəkləməkdə qərarlıdır.

Varhelyi Türkiyənin Aİ yanında Daimi Nümayəndəliyinin Brüsseldəki TOBB ofisində təşkil etdiyi miqrasiya idarəçiliyi sahəsində Avropa İttifaqı-Türkiyə münasibətləri, mövcud tendensiyalar, gələcək perspektivlər və ortaq problemlərə həsr olunmuş yüksək səviyyəli paneldə çıxış edib.

Çıxışına prezident Rəcəb Tayyib Ərdoğanı seçki qələbəsi münasibətilə təbrik etməklə başlayan Varhelyi, Aİ-nin gələcək illərdə Türkiyədə yeni hökumətlə işləmək üçün böyük ümidlər bəslədiyini bildirib.