USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edildi

01.08.2023 Siyasət
39 16
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib.

Kommersant.az bildirir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.