USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan ABŞ-a xəbərdarlıq

08.08.2023 Siyasət
0 0
İran, "ABŞ neft tankerimizə müdaxilə edərsə, biz də Amerika tankerlərini ələ keçirəcəyik", - deyə xəbərdarlıq edib.

Kommersant.az xəbər verir ki, İran neft tankerlərinin ABŞ tərəfindən ələ keçiriləcəyi təqdirdə eyni şəkildə cavab verəcəyini açıqlayıb.

İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərif Qumda keçirilən tədbirdə çıxış edərək deyib: “İranın ABŞ-ın istənilən pis hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək gücü var".

Bu barədə İranın rəsmi xəbər agentliyi məlumat yayıb. İran rəsmisi ABŞ-ın cəhdlərinə qarşı lazımi tədbirləri görəcəklərini bildirib.