“Memur-Sen”in sədr müavini Hacı Bayram Tonbul infarkt keçirib.
Əldə edilən məlumata görə, Tonbul dünən saat 22.30 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7-ci Müddətli İctimai Kollektiv Müqavilə danışıqları zamanı narahatlıq keçirib.
Avtomobillə Bilkent Şəhər Xəstəxanasına aparılan Tonbul infarkt diaqnozu ilə müalicə olunub. Xəstəxanada müalicəsi davam edən Tonbulun səhhətinin yaxşı olduğu öyrənilib.