Rusiyanın Gürcüstandan birtərəfli müstəqilliyini elan etmiş Abxaziyanın Qara dəniz sahilində Rusiya donanması üçün daimi yeni baza yaradacağı bildirilib.
Qondarma Abxaziyanın prezidenti Aslan Bjaniya Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Abxaziyada baza yaratmaq üçün Rusiya ilə müqavilə imzalandığını açıqlayıb.
Razılaşmanın sentyabrın 30-da edildiyi barədə məlumatı paylaşan Bjania, “Bizə çox ciddi döyüş qabiliyyətinə malik kiçik (Rusiya) raket gəmisi gəldi və ona mindik. Müqavilə imzaladıq. Yaxın vaxtlarda Oçamçire bölgəsində Rusiya donanmasının daimi bazası olacaq” deyib.
Digər tərəfdən, Rusiya Qara dəniz donanmasının bir çox gəmisinin Sevastopoldan Novorossiyskə göndəriləcəyi iddia edilib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu məsələ Rusiya Müdafiə Nazirliyinə müraciət edilməlidir.
Peskov deyib: “Hərbi hissələrimiz və gəmilərimizin yerləşdirilməsi ilə bağlı məsələlər təbii ki, Müdafiə Nazirliyinin səlahiyyətindədir.