USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev Baydeni təkzib etdi

12.10.2023 Siyasət
0 0
Ağ Ev ABŞ prezidenti Baydenin "terrorçuların İsraildə uşaqların başını kəsdiyi" iddialarının mediada yayılan xəbərlərə və İsrail rəsmilərinin iddialarına əsaslandığını açıqlayıb.

Ağ Ev ABŞ prezidenti Co Baydenin "İsraildə terrorçuların uşaqların başını kəsdiyi" iddiaları ilə bağlı açıqlama verib.

CNN-ə danışan Ağ Ev rəsmisi prezident Bayden və digər ABŞ rəsmilərinin HƏMAS-ın uşaqları öldürdüyünü şəxsən görmədiyini və bunu təsdiqləmədiyini bildirib və Baydenin "terrorçuların uşaqların başını kəsməsi" ilə bağlı şəkillər və ya təsdiqlənmiş xəbərləri görmədiyini bildirib.

NBC-nin verdiyi məlumata görə, Ağ Evin iki rəsmisi Baydenin "terrorçuların uşaqların başını kəsən (İsraildə) görüntülərinin təsdiqlənmiş şəkillərini gördüyünü" ifadələrinin mediada yayılan xəbərlərə və İsrail rəsmilərinin iddialarına əsaslandığını açıqlayıb.

Digər tərəfdən ABŞ-ın bir çox media qurumları “Washington Post”a əsaslanan xəbərlərində Ağ Ev rəsmisinin bu istiqamətdəki açıqlamalarına yer verib.