USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyevin Prezidentliyə namizədliyi təsdiq edildi

19.12.2023 Siyasət
0 0
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilib.

Kommersant.az-ın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 17-də YAP İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.