USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir

26.12.2023 Siyasət
0 0
Yanvarın 1-dən elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir.

Kommersant.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

Hazırda isə 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.