Rusiya hərbi potensialını zəiflətmək üçün Ukraynanın müdafiə sənayesini hədəfə alır. Britaniyanın “The Telegraph” qəzeti rus qoşunlarının hərəkətlərini belə qiymətləndirib.
“Böyük Britaniya Müdafiə Nazirliyi Moskvanın Kiyev və Xarkova yüzə yaxın yüksəksürətli mərmi ilə endirdiyi zərbələrin, ehtimal ki, Ukraynanın pilotsuz uçan aparatları və raket istehsalı obyektlərinə yönəldiyini bildirib”, - deyə material müəllifləri yazır.
Qeyd olunur ki, Rusiyanın hücumunda məqsəd Ukraynanın hərbi və sənaye potensialını zəiflətmək və zərbə vurmaq imkanlarını məhdudlaşdırmaqdır.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin keçmiş zabiti və politoloq Skott Bennet demişdi ki, Ukraynada münaqişə mahiyyətcə başa çatıb, çünki Rusiya artıq qalib gəlib. Ekspertin fikrincə, Rusiya “məğlubedilməzdir və heç vaxt sönməyəcək”.