USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran prezidenti Türkiyəyə səfər edib

24.01.2024 Siyasət
0 0
İran prezidenti İbrahim Rəisi bu gün Türkiyəyə səfər edib.

Kommersant.az-ın məlumatına görə, İran prezidentinin Türkiyəyə səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti əsasında baş tutur.

Türkiyə istiqamətində Tehranı tərk etməzdən öncə açıqlama verən İran prezidenti İbrahim Rəisi bildirib ki, səfər çərçivəsində bir sıra önəmli məsələlər, o cümlədən, ikitərəfli iqtisadi münasibətlər haqda müzakirələr aparılacaq və önəmli sənədlər imzalanacaq. Bu da iki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin inkişaf etdirilməsi üzrə iki ölkənin iradə nümayiş etdirdiyini göstərir.

İran prezidenti deyib ki, İran və Türkiyə ticarət dövriyyəsini ildə 30 milyard dollara çatdırmağı hədəfləyiblər. Bu hədəf iki ölkənin sahib olduğu infrastruktur və imkanlar hesabına əldə oluna bilər.

Qeyd edək ki, cari İran ilinin 9 ayı (21 mart -21 dekabr 2023) ərzində İran və Türkiyə arasında qeyri-neft ticarət dövriyyəsi təxminən 8,52 milyard dollar dəyərində 9,5 milyon ton təşkil edib.