USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəticələr açıqlandı: Putin yenidən Rusiya prezidenti oldu

18.03.2024 Siyasət
0 0
Rusiya Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə görə, Putinin 87,29 faiz səslə prezident seçkilərində qalib gəldiyini açıqlayıb.

Rusiya Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə görə, Vladimir Putinin 87,29 faiz səslə prezident seçkilərində qalib gəldiyini açıqlayıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında prezident seçkilərinin ilkin ilkin nəticələri barədə məlumat verib.

Seçkilərdə iştirak nisbətinin 77,44 faizlə “rekord səviyyədə” olduğunu qeyd edən Pamfilova 87 milyon 113 min 127 nəfərin səs verdiyini bildirib.

Seçkilərin azad və şəffaf keçirildiyini vurğulayan Pamfilova “Biz müstəqil xalq olduğumuzu, ölkəmizin inkişafı üçün hər şeyi etdiyimizi özümüzə göstərdik” deyib.

Hazırda açılan seçki qutularının sayının 99,7 faizdən çox olduğunu deyən Pamfilova yekun nəticələrin martın 21-də açıqlanacağını bildirib.