USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada ikili vətəndaşlıq qanunu iyunda qüvvəyə minəcək

27.03.2024 Siyasət
0 0
Almaniyada ikili vətəndaşlığı asanlaşdıran “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi Qanunu” prezident Frank Valter Ştaynmayer tərəfindən imzalanaraq bu gün Rəsmi Qəzetdə dərc edilib.

Rəsmi Qəzetdə dərc olunan "Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi Qanunu" iyunun 27-də qüvvəyə minəcək.

Almaniya hökumətinin hazırladığı qanun layihəsi yanvarın 19-da Federal Məclis tərəfindən 234 əleyhinə 382 səslə qəbul edilmiş və fevralın 2-də Federal Dövlət Nümayəndələr Palatasında (Bundesrat) təsdiq edilmişdir.

Sözügedən qanunla Almaniyada yaşayan türk vətəndaşları Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını ala biləcəklər.

Qanun nə gətirir?

Almaniya vətəndaşlığını almaq üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endiriləcək.

Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endiriləcək.

İkili vətəndaşlıq imkanına icazə verildiyi üçün əvvəllər qüvvədə olan və gəncləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “opsiya modeli” tamamilə ləğv ediləcək.

Almaniyada doğulan uşaqlar, hətta Almaniya vətəndaşı olmasalar belə, əgər valideynlərindən biri bu ölkədə qanuni olaraq ən azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.

Almaniya vətəndaşlığını almaq istəyən şəxs sosial yardım almadan özünü və himayəsində olanları dolandırmalıdır.