USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Rusiyanın aktivlərinin müsadirəsinə kömək etməkdən imtina etdi

17.04.2024 Siyasət
0 0
İsveçrə parlamenti Rusiyanın aktivlərinin müsadirəsinə qoşulmaq təklifini rədd edib.

İsveçrə parlamenti hökumətin Rusiyanın dondurulmuş aktivlərinin (REPO) axtarışı və müsadirəsi üzrə ABŞ-ın rəhbərlik etdiyi işçi qrupuna qoşulmaq təklifini rədd edib. Bu barədə Federal Assambleyanın saytında yerləşdirilən məlumatda deyilir.

İsveçrə parlamentinin aşağı palatası olan Milli Şurada 101 deputat Yaşıllar Partiyasından olan deputat Franziska Rayzerin formal olaraq REPO-ya daxil olmağı təklifinə qarşı çıxıb. Eyni zamanda, parlamentin 80 üzvü qrupa qoşulmaq ideyasını dəstəkləyib, 6 nəfər isə bitərəf qalıb.

Bəyanatda vurğulanır ki, qrupla mövcud qarşılıqlı əlaqə formatı “kifayət qədər effektiv işləyir” və İsveçrənin ona rəsmi qoşulması ölkənin neytral statusu ilə bağlı suallar yarada bilər.

Bundan əvvəl Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti (EAER) qeyd edib ki, İsveçrə hökuməti Rusiyanın dondurulmuş aktivlərinin axtarışı və müsadirəsi üzrə beynəlxalq qrupa qoşulmaq niyyətində deyil.

  • Əvvəlki

    Windows 11 istifadəçiləri yeniləməni quraşdırdıqdan sonra ağ ekranın olduğunu bildirdi

Digər xəbərlər