USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Avstraliyanın 235 yerli şura üzvünün ölkəyə girişini qadağan edib

17.04.2024 Siyasət
0 0
Rusiya Xarici İşlər Nazirliyi 235 Avstraliya yerli şurasının üzvünün ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Avstraliya rəhbərliyinin bəzi Rusiya vətəndaşlarına qarşı “siyasi səbəblərdən” görə sanksiya tətbiq etdiyi bildirilib.

Bəyanatda cavab olaraq qeyd olunub ki, 235 Avstraliya yerli şura üzvünün ölkəyə girişi qadağan edilib və sözügedən üzvlərin adlarını ehtiva edən siyahı dərc edilib.

Açıqlamada Avstraliyanın Rusiyaya qarşı siyasətini davam etdirdiyi və buna görə də sanksiyalar siyahısının yenilənməsi istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.