Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Ukrayna-Rusiya müharibəsi davam edərkən, Rusiya müdafiə nazirinin müavini Timur İvanov korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada nazir müavini İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlanıldığı və “Lazımi istintaq prosedurlarının həyata keçirildiyi” bildirilib.
İHA-nın xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və Sergey Şoyquya saxlanılan İvanovla bağlı əvvəlcədən məlumat verildiyini bildirib.