USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya 1,2 milyon pul köçürməsini gecikdirib

24.04.2024 Siyasət
0 0
Bildirilib ki, Yaponiyada “JP Post Bank”da sistem nasazlığı səbəbindən 1,2 milyon pul köçürməsində gecikmələr olub.

“JP Post Bank” maliyyə qurumunun açıqlamasına görə, bankda sistem nasazlığı səbəbindən 1,2 milyon pul köçürməsində gecikmə yaranıb.

Yerli vaxtla səhər saat 08.40-da başlayan sistem nasazlığının gecə yarısına qədər davam etdiyi bildirilib.

“Kiberhücum” ehtimalına dair heç bir dəlil olmadığı bildirilsə də, nasazlıq səbəbindən pul köçürməsində problem yaşayan müştərilərdən üzr istənilib.

Açıqlamada, "Japan Post Bank, "Problemin təsiri qiymətləndirilir və müştərilərimizin itkilərinə cavab vermək üçün əlimizdən gələni edəcəyik" deyib.

Keçən ilin oktyabr ayında onlayn bankçılıq sistemi müvəqqəti olaraq sıradan çıxdıqda "JP Post Bank" müştərilərinə problemlər yaratmışdı.

2023-cü ilin mart ayına olan məlumata görə, "JP Post Bank"ın ölkə daxilində 23 min filialı və 30 mindən çox bankomatı var.