USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Evdən Ərdoğan açıqlaması

25.04.2024 Siyasət
0 0
Prezident Rəcəb Tayyib Ərdoğanın ilk dəfə ABŞ prezidenti Co Baydenin rəsmi qonağı olaraq Vaşinqtona gedəcəyi iddia edilib. Ağ Evdən verilən açıqlamaya görə, Ərdoğan ABŞ-a səfəri zamanı ABŞ prezidenti Baydenlə görüşməyəcək.

Amerikanın Səsi Türkiyə-nin məlumatına görə, mayın 9-da keçirilməsi planlaşdırılan səfər zamanı iki liderin Ağ Evdə görüşəcəyi iddia edilib.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi prezident Ərdoğanın ABŞ-a səfərindən danışıb.

Amerikanın Səsi türkcədə yer alan xəbərə görə, ABŞ prezidenti Baydenlə Nyu-Yorka gedərkən təyyarədə olan Kirbiyə Türkiyə mətbuatı tərəfindən açıqlanan prezident Ərdoğanın Ağ Ev ziyarəti ilə bağlı sual verilib:

"Prezident Ərdoğanın səfəri ilə bağlı planlaşdırılan heç bir şey yoxdur", - deyə Kirbi bildirib.

Prezident Ərdoğan ABŞ prezidenti Baydenlə beynəlxalq zirvələrdə görüşdü və sonuncu dəfə keçən iyul ayında Litvada NATO-nun sammitində görüşdülər.