USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Makronun Avropaya çağırışı

25.04.2024 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron Avropanın “etibarlı” müdafiə strategiyası yaratması lazım olduğunu ifadə edərək Avropa ölkələrini daha sürətli istehsala çağıran Makron, Avropanın heç vaxt “mövzu” olmadığını göstərməli olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makron paytaxt Parisdə Sorbonna Universitetində Avropanın xarici siyasəti ilə bağlı çıxış edib. Avropanın dəyişən dünyanın çağırışlarına qarşı müdafiəsini artırmalı olduğunu deyən Makron, Avropanın Rusiya kimi qlobal təhlükələrə qarşı kifayət qədər silahlanmadığını bildirib.

Avropanı "etibarlı" müdafiə strategiyası yaratmağa çağıran Makron, "Avropamız ölümcüldür vəziyyətdədir. Bu, yalnız seçimlərimizdən asılı olaraq dəyişə bilər" deyib.

Avropanın müdafiə və iqtisadiyyat sahələrində müstəqil olması lazım olduğuna diqqət çəkən Makron, "Öz müdafiə sənayemizi inkişaf etdirmək məsuliyyətini öz üzərinə götürməsək, suverenliyimizi və muxtariyyətimizi necə qura bilərik?" dedi.

“Avropa ABŞ-ın subyekti olmadığını göstərməlidir”

Avropanı daha çox və daha sürətli istehsal etməyə çağıran Makron bildirib ki, Avropa heç vaxt ABŞ-ın “subyekti” olmadığını göstərməlidir.

İHA-da yer alan xəbərə görə, Makron Rusiyanın Ukraynaya təcavüzündən sonra sərhədsiz hərəkət etdiyini ifadə edərək, Moskvanın "sərhədlərinin" harda olduğunun artıq bəlli olmadığını bildirib. Rusiya və Çinin qlobal ticarət qaydalarına əməl etmədiyini vurğulayan Makron Avropa İttifaqını ticarət siyasətinə yenidən baxmağa çağırıb.