USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə NATO baş katibi vəzifəsində Rutteyə dəstək verəcək

29.04.2024 Siyasət
0 0
Türkiyə Hollandiyanın baş naziri Ruttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləyəcəyini təşkilatın digər üzvlərinə çatdırıb.

Türkiyə NATO-nun yeni baş katibi vəzifəsinə Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini təşkilatın digər üzvlərinə çatdırıb.

Türkiyə rəsmilərindən alınan məlumata görə, Türkiyə NATO-nun yeni baş katibi postu üçün Rutteyə dəstək verəcəyini açıqlayıb.

Rutte keçən həftə İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək NATO Baş Katibliyinə dəstək istəməsindən sonra Türkiyə bu gün Rutteni dəstəkləyəcəyini NATO üzvlərinə çatdırıb.

Prezident Ərdoğan aprelin 26-da Türkiyəyə səfər edən Hollandiyanın Baş naziri Rutte ilə Vahdettin Köşkündə təkbətək görüşüb.

Mark Rutte birgə mətbuat konfransında bildirib ki, NATO-nun cənub qanadının Türkiyə və Türkiyə rəhbərliyinə ehtiyacı var.