USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Venesuelada korrupsiya araşdırması

03.05.2024 Siyasət
0 0
Venesuelada korrupsiya istintaqı çərçivəsində müxalif siyasətçilər Leopoldo Lopez və Xulio Borxesin həbsinə order verilib. Baş prokuror Tarek William Saab 2 siyasətçi haqqında yeni sənədlər əldə etdiklərini bildirib.

Venesuelada Dövlət Neft Şirkətinə (PDVSA) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində 2 müxalifətçi siyasətçinin həbsinə order verilib.

Baş prokuror Tarek Uilyam Saab mətbuata açıqlamasında müxalifət siyasətçiləri Leopoldo Lopez və Xulio Borxesin PDVSA və kriptovalyutadakı korrupsiyada əli olduğunu göstərən yeni sənədlər əldə etdiyini bildirib.

Saab iki müxalif siyasətçinin saxlanması üçün həbs qərarı çıxardıqlarını və yeni şahidlərə əsaslanaraq bu qərarı verdiklərini bildirib.

Lopez və Borxesin ekstradisiyasını yaşadıqları ölkələrdən tələb edəcəklərini bildirən Saab, müxalifət siyasətçilərinin Venesuela dövlətindən külli miqdarda pul qəsb etdiklərini iddia edib.

Başqa cinayətlər törətdiyi iddiası ilə həbs qərarı olan Lopez İspaniyada, Borxes isə Kolumbiyada yaşayır.