USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Milli Assambleyası buraxılıb: Ölkədə növbədənkənar seçkilər keçirilir

10.06.2024 Siyasət
0 0
İfrat sağçıların yüksəlişdə olduğu Avropa Parlamenti seçkilərində məyus olan Fransa prezidenti Makron Fransa Milli Assambleyasını buraxdığını və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.

Fransa prezidenti Emmanuel Makron AP seçkilərindən sonra şok açıqlama verib. Qeyri-rəsmi nəticələrə görə AP seçkilərində istədiyi nəticəni ala bilməyən Makron mətbuat konfransında Milli Məclisi buraxmaq qərarına gəldiyini açıqlayaraq, "Mesajınızı eşitdim, narahatlıqlarınızı anladım. Onları cavabsız buraxın, mən demokratiyamıza tam güvənirəm” deyib.

“Xalq öz sözünü desin, bundan daha Respublikaçı heç nə yoxdur” deyən prezident seçkilərin birinci turunun iyunun 30-da, ikinci turunun isə iyulun 7-də keçiriləcəyini bildirib.

İfrat sağın yüksəlişini Avropa üçün təhlükə kimi xarakterizə edən Makron bunun ciddi və ağır bir qərar olduğunu, lakin bunu demokratiyaya inam əlaməti olaraq gördüyünü bildirib.