Bildirilib ki, NATO-nun Almaniyadakı aviabazasında təhlükəsizlik səviyyəsi “potensial təhlükə” səbəbindən artırılıb.
NATO "potensial təhlükə" yaradan kəşfiyyat məlumatlarına görə Almaniyanın Geilenkirchen şəhərindəki hava bazasında təhlükəsizlik səviyyəsini artırıb.
Bu barədə NATO AWACS-ın sosial media platformasında məlumat verilib
Açıqlamada, növbətçi olmayan şəxsi heyətin ehtiyat tədbiri olaraq evlərinə göndərildiyi bildirilib və əlavə edilib: “Heyətimizin təhlükəsizliyi əsas prioritetimizdir”.
Açıqlamada hava bazasında əməliyyatların davam etdiyi qeyd edilib.