USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED və İsrail-İran gərginliyinin kölgəsində qızıl

18.06.2025 Siyasət
0 0
Qızıl, geosiyasi gərginliklərdəki qeyri-müəyyənlik və FED-in faiz dərəcəsi qərarından əvvəl 3400 dollar unsiyasının bir qədər aşağısında təxminən üfüqi bir tendensiya izləməkdə davam edir.

İsrail-İran münaqişəsinin regional müharibəyə çevrilib-çevrilməməsinin qeyri-müəyyənliyi qızılın unsiya qiymətini nəzarət altında saxlayır. Bununla belə, bütün gözlər bu gün sona çatacaq FED toplantısında veriləcək qərarlar və veriləcək siqnallarda olacaq.

İki ölkə arasında münaqişənin qısa zamanda bitəcəyinə dair ümidlər investorları ehtiyatlı davranmağa vadar edir.

Bu səhər spot qızıl dünənlə müqayisədə 0,2 faiz bahalaşaraq 3,395,52 dollara satılır.

ANZ qiymətləndirməsində, "İnvestorlar Yaxın Şərqdə risk artımını izlədikcə qızıl dalğalandı. ABŞ-da pərakəndə satış, mənzil və sənaye istehsalı ilə bağlı mülayim hesabatlar FED-in bu ilin sonunda faiz dərəcələrini endirməsi ehtimalını gücləndirdi" dedi.

Analitiklər bildirirlər ki, 3400 dollardan yuxarı güclü hərəkət olmasa, unsiya qızılın qiyməti 3372 dollar dəstəyini qıra və yenidən 3348 dollara düşə bilər.