USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail mediası: Tramp Netanyahuya qarşı səsini ucaldır

24.06.2025 Siyasət
0 0
İsraillə İran arasında elan etdiyi atəşkəsdən sonra İsrail döyüş təyyarələrinin Tehrana doğru irəlilədiyi bir vaxtda ABŞ prezidenti Donald Trampın baş nazir Benyamin Netanyahuya telefonla danışarkən səsini ucaltaraq "hücumu dayandırın" dediyi iddia edilib.

İsrailin Jerusalem Post qəzetinin yüksək səviyyəli İsrail mənbəsinə əsaslanaraq yazdığı xəbərə görə, Tramp və Netanyahu səhər saatlarında telefonla danışıblar.

Səhər saatlarında İsrail İranı atəşkəsi pozmaqda ittiham edərək Tehrana döyüş təyyarələri göndərəndə Tramp və Netanyahu telefonla danışıb.

Xəbərdə Trampın Netanyahuya səsini ucaltdığı, ona “hücumu dayandır” dediyi, Netanyahunun isə “söhbətdən çox şey almadığı, sadəcə Trampa dəfələrlə minnətdarlığını bildirdiyi” ifadə edildi.

“Söhbət çətin keçdi”
İsrailli mənbə “Netanyahu ilə Tramp arasında söhbətin çətin keçdiyini və ABŞ prezidentinin atəşkəsi uğur kimi gördüyünü və heç kimə, tamamilə heç kimə onu pozmağa imkan verməyəcəyini açıq şəkildə vurğuladığını” paylaşıb.

Bunun müqabilində İsrail Hərbi Hava Qüvvələrinin pilotlarının hücumları dayandırmaq əmri aldıqları və onların planlaşdırılmış hədəfləri deyil, güzəşt olaraq Tehrandakı bir radar stansiyasını vurduqları bildirildi.