USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əliyev və Paşinyan Əbu-Dabidə görüşüblər

10.07.2025 Siyasət
0 0
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü başlayıb.

Azərbaycan Prezidentliyi Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində Əliyev və Paşinyanın Əbu-Dabidə görüşdüyünü açıqlayıb.

Bakının təklifi ilə İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarına başlayan Azərbaycan və Ermənistan 2025-ci ilin martında sülh sazişinin mətni ilə bağlı razılığa gəliblər.

Azərbaycan hökuməti müqavilənin imzalanması üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları özündə əks etdirən Ermənistan konstitusiyasına dəyişiklik edilməsini, köhnəlmiş və fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupunun ləğvini tələb edib.