USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniya-Hindistan ticarətində yeni dövr: İmzalar imzalandı

25.07.2025 Siyasət
0 0
Hindistan və Böyük Britaniya azad ticarət sazişi imzalayıb, iki ölkə arasında tarifləri əhəmiyyətli dərəcədə azaldıb və iqtisadi əməkdaşlığın yeni dövrünü açıb.

Hindistanın baş naziri Narendra Modi Londona səfəri zamanı Böyük Britaniyanın baş naziri Keir Starmer ilə azad ticarət sazişi imzalayıb.

İmzalanma mərasimindən sonra çıxış edən Starmer, müqaviləni "Böyük Britaniya üçün tarixi və böyük qələbə" kimi qiymətləndirib.

Müqavilənin ölkəsində məşğulluğu artıracağını, iş imkanlarını genişləndirəcəyini və iqtisadi artımı stimullaşdıracağını ifadə edən Starmer, "Böyük Britaniya ilə Hindistan arasında imzalanan bu tarixi ticarət müqaviləsi ölkəmiz üçün böyük bir qazancdır" dedi.

Starmer, müqavilənin Böyük Britaniyanın Brexit-dən sonra iqtisadi cəhətdən imzaladığı ən mühüm ticarət müqaviləsi olduğunu söylədi.

Hindistanın Baş naziri Modi Böyük Britaniya və Hindistanı “təbii tərəfdaşlar” kimi xarakterizə edərək, iki ölkənin “ortaq tarixlərində yeni bir səhifə açdıqlarını” əlavə edib.