USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adnan Əhmədzadənin vəkili danışdı

22.09.2025 Siyasət
0 0
DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub.

O, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Kommersant.az bildirir ki, Gununsesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.