USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya Baş naziri Starmer Türkiyəyə səfər edir - Səfər zamanı nələr müzakirə olunacaq?

27.10.2025 Siyasət
0 0
Böyük Britaniya Baş naziri Keir Starmer bu gün Türkiyəyə səfər edəcək. Əsas gündəm maddəsinin Türkiyənin almaq istədiyi Eurofighter Typhoon qırıcı təyyarələri olması gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğan Starmeri Beştəpədə rəsmi mərasimlə qarşılayacaq. Burada təkbətək görüş və nümayəndə heyətləri arasında işgüzar nahar keçiriləcək. Anadolu Agentliyinin məlumatına görə, danışıqlardan sonra müqavilə imzalama mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

Britaniya PA agentliyi səfərin Ərdoğanın dəvəti ilə baş tutacağını və ikisinin iyul ayında Türkiyəyə 40 Eurofighter Typhoon təyyarəsinin tədarükü üçün elan edilən milyardlarla funt sterlinqlik müqavilənin növbəti addımlarını müzakirə etmələrinin gözlənildiyini bildirib.

Prezidentliyin Kommunikasiya Direktoru Burhanəddin Duran bildirib ki, "Danışıqlarda sıx ittifaqa əsaslanan strateji Türkiyə-Böyük Britaniya münasibətləri, eləcə də mövcud regional və beynəlxalq inkişaflar müzakirə olunacaq".

"Middle East Eye" qəzeti xəbər verir ki, satınalma prosesini sürətləndirmək üçün əvvəlcə Kral Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 20 təyyarə göndərilə bilər.

UK Defence Journal xəbər verir ki, müqaviləyə təkmilləşdirilmiş radar və elektron sistemlərə malik Tranş 4 versiyası daxil olacaq.