USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız səyahəti dayandıracaq

27.10.2025 Siyasət
0 0
Monteneqronun Baş naziri Milojko Spajiç, Türkiyə vətəndaşları üçün vizasız səyahətin təcili prosedurun bir hissəsi olaraq müvəqqəti olaraq dayandırılacağını açıqladı. Bu qərar Podqoritsada baş verən bıçaqlı hücumdan sonra verildi.

Türkiyə vətəndaşlarının ən çox ziyarət etdiyi Balkan ölkələrindən biri olan Monteneqro vizasız səyahət siyasətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Monteneqronun Baş naziri Milojko Spayiç sosial mediada “Sabah təcili prosedur çərçivəsində Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti olaraq ləğvi barədə qərar verəcəyik” bildirib.

Spayiç qərarın müvəqqəti olaraq iqtisadi fəaliyyətləri və ikitərəfli münasibətləri qorumaq üçün verildiyini və Türkiyə ilə danışıqların “qarşılıqlı maraqlara uyğun ən yaxşı modeli tapmaq” üçün başlayacağını bildirib.

Podqoritsada baş verən hadisə gərginliyi artırır

Qərar paytaxt Podqoritsanın Zabjelo rayonunda baş verən bıçaqlı hücumdan sonra verilib. 25 yaşlı Monteneqro vətəndaşına edilən hücum, türk immiqrantlarının hadisədə şübhəli hesab edilməsindən sonra iki ölkə arasında gərginliyə səbəb olub.