USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahu Qəzzaya hücum əmri verib

29.10.2025 Siyasət
0 0
Son xəbərlərə görə, İsrailin Baş naziri Binyamin Netanyahu orduya Qəzzaya hücum əmri verib. Netanyahunun əmrindən sonra döyüş təyyarələri Qəzzanı bombalayıb. İlkin məlumatlara görə, hücumlarda 14 nəfər ölüb, 15 nəfər yaralanıb.

O, Qəzza zolağına dərhal və güclü zərbələr endirməyi əmr etdi.

İsrail atəşkəsin qüvvədə olduğu Qəzza zolağına hücumlarını bərpa edir. Təhlükəsizlik iclasından sonra İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsin qüvvədə olduğu Qəzza zolağına dərhal və güclü zərbələr endirməyi əmr etdi.

Baş nazirin ofisi "Təhlükəsizlik məsləhətləşmələrindən sonra Baş nazir Netanyahu orduya dərhal Qəzza zolağına güclü zərbələr endirməyi tapşırdı" adlı açıqlama yaydı.

İclas İsrailin HƏMAS-ı atəşkəsi pozmaqda ittiham etməsindən sonra baş tutdu.

Qəzzaya hava zərbələri

İsrailin Qəzza zolağına hava hücumları nəticəsində ölən və yaralananların sayı artıb. Rəsmilər hücumlarda ölənlərin sayının 14-ə, yaralananların sayının isə 15-ə çatdığını açıqladılar.